“Microsoft”dakı boşluq ABŞ-da 20 mindən çox təşkilatı təhdid edir

microsoftdaki-bosluq-abs-da-20-minden-cox-teskilati-tehdid-edir
17:13 - 06 Mart

“Microsoft”un “Exchange Server” proqram təminatında aşkar edilmiş boşluğa görə ABŞ-da 20 mindən çox təşkilat haker hücumuna məruz qala bilər.

"Margin" “Reuters”a istinadən xəbər verir ki, “Exchange Server” proqramındakı boşluq genişmiqyaslı rəqəmli casus kampaniyalarının keçirilməsi məqsədilə istifadə oluna bilər.

“Microsoft” bundan əvvəl ABŞ-da bir sıra özəl şirkətlərin “Exchange Server” proqram təminatı üzərindən haker hücumuna məruz qalması ehtimalına görə proqrama yeniləmə təqdim edib.