Mikayıl Cabbarov: "Bu il Azərbaycanın qeyri-neft ixracı 30 %-ə qədər artıb”

mikayil-cabbarov-bu-il-azerbaycanin-qeyri-neft-ixraci-30--e-qeder-artib
16:27 - 06 May

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib.

"Margin.az" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

Onun sözlərinə görə, pandemiyanın təsirlərinə baxmayaraq, qeyri-neft ixracının göstəricilərı müsbətdir: “İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin 4 ayında qeyri-neft ixracı 26,5 %, apreldə isə 62,5% artıb”.