Milyarderlərin ümumi sərvəti 5 trilyon dollar artıb

milyarderlerin-umumi-serveti-5-trilyon-dollar-artib
12:35 - 07 Aprel

Dünyaca məşhur "Forbes" jurnalı hər il yayımladığı "dünyanın ən varlı insanları" siyahısını açıqlayıb.

"Margin.az" xəbər verir ki, COVID-19 pandemiyası dövründə milyarderlərin ümumi sərvəti 5 trilyon dollar artaraq 13,1 trilyon dollara çatıb. Ötən il bu göstərici 8 trilyon dollar təşkil edir.

"Forbes" tərəfindən bu il 35-ci dəfə yayımlanan milyarderlər siyahısına görə, pandemiya dövründə milyarderlərin sayı 660 nəfər artaraq 2 min 755-ə çatıb. Bu il milyarderlər siyahısına 493 yeni ad daxil olub. "Amazon"un qurucusu Ceff Bezos sərvətini ötən il 113 milyard dollardan 177 milyard dollara qədər artıraraq dünyanın ən zəngin insanı olub. İkinci yerdə "Tesla" və "Space X" şirkətlərinin qurucusu İlon Mask qərarlaşıb.

"Forbes"in milyaderlər siyahısı belədir:

1. Ceff Bezos - "Amazon" şirkəti - 177 milyard dollar

2. İlon Mask – "Tesla" və "Space X" şirkətləri - 151 milyard dollar

3.  Bernard Arnault -  "LVMH" şirkəti - 150 milyard dollar

4.  Bill Qeyts – "Microsoft" – 124 milyard dollar

5. Mark Zukerberq – "Facebook" – 97 milyard dollar

6. Uorren Baffet - "Berkshire Hathaway" şirkəti - 96 milyard dollar

7.  Larry Ellison- "Oracle" şirkəti- 93 milyard dollar

8.  Larry Peyc – "Google" şirkəti - 91.5 milyard dollar

9.  Sergey Brin- "Google" şirkəti- 89 milyar dollar

10. Mukesh Ambani- "Reliance Industries" 84.5 milyard dollar