"Moderna" peyvənd satışı proqnozunu 19,2 milyard dollara yüksəldib

moderna-peyvend-satisi-proqnozunu-192-milyard-dollara-yukseldib
15:46 - 06 May

"Moderna" bu il üçün COVID-19 peyvəndinin satış proqnozunu 19,2 milyard ABŞ dollarına yüksəldib.

"Margin.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.

Məlumata görə, Moderna COVID-19 peyvəndinin satışından bu il 19,2 milyard ABŞ dolları qazanacağını proqnozlaşdırır. Şirkətin əvvəlki proqnozu 18,4 milyard ABŞ dolları olub.

Bildirilib ki, "Moderna"ın peyvənddən gəliri bu ilin birinci rübündə 1,7 milyard ABŞ dolları təşkil edib.