Moody's: "Qlobal ticarət bərpa olunmağa davam edəcək"

moodys-qlobal-ticaret-berpa-olunmaga-davam-edecek
10:18 - 07 May

"Moody's" beynəlxalq reytinq agentliyi qlobal ticarətin bu il bərpa olunmağa davam edəcəyini proqnozlaşdırır.

"Margin.az" xəbər verir ki, bu barədə məlumatı agentlik açıqlayıb.

"Moody's"in proqnozlarına görə, qlobal ticarət bu il 7% və ya 9%-a böyüyəcək. Dünyada COVID-19 pandemiyasına yoluxma sayının artması nəticəsində yaranan risklərin hələ də yüksək olması və ölkələrdə nizamsız inkişaflar ticarətin sürətlə bərpa olması üçün təhdidlər yaradır. Buna görə də qlobal ticarət 2022-ci ilə qədər pandemiyadan əvvəlki səviyyəsinə qayıda bilməyəcək.

Agentlik bildirib ki, vaksinasiyanın sürətlə tətbiq edilməsi və siyasi tədbirlər iqtisadi canlanmaya dəstək olacaq, istehsal fəaliyyətini və ticarəti daha da artıracaq. Lakin COVID-19 pandemiyası fonunda tətbiq olunan məhdudlaşdırıcı tədbirlər risklər yaratmağa davam edir.