Münaqişələrin artması MDB ölkələrinin bank sistemi üçün əsas təhlükədir

munaqiselerin-artmasi-mdb-olkelerinin-bank-sistemi-ucun-esas-tehlukedir
13:36 - 07 Aprel

Beynəlxalq reytinq agentliyi "Moody’s" MDB ölkələrinin bankları üçün əsas risklərin daxili və xarici münaqişələrin artması ehtimalında, əhalinin yaşlanmasında, dövlət banklarının hökmranlığında və kiber hücumlarda görür.

"Margin.az" RBK-ya istinadən xəbər verir ki, bu barədə "Moody’s" açıqlayıb.

Məlumata görə, bankların risklərə reaksiyası ekosistemin inkişafı ola bilər. Bu təhlükələr MDB ölkələrində dünya bank sektoruna nisbətən daha qabarıq şəkildə özünü göstərir. Tədqiqatda bildirilib ki, daxili və xarici münaqişələrin böyüməsi riski 2014-2015-ci illərdə Ukraynada, 2020-ci ildə Belarusiya, Qırğızıstan, Ermənistan və Azərbaycanda reallaşıb.

Əmək qabiliyyətli əhalinin azalması isə daha çox Ukrayna, Belarus, Rusiya banklarının gəlirlərinə mənfi təsir göstərəcək. Agentliyin analitikləri BMT-nin 2021-2030-cu illərdə MDB ölkələrində işləyən əhalinin 1% azalacağı proqnozuna da istinad edirlər. Şimali Amerikada, növbəti on ildə əmək qabiliyyətli insanlar 1%, Asiyada 5%, Latın Amerikasında 6%, Afrikada 28% artacaq. Bundan əlavə, borc vəsaitlərinə olan tələbin azalması səbəbindən banklar bir-birləri ilə daha güclü rəqabət aparmaq məcburiyyətində qalacaqlar. Əhalinin qocalması bankların depozit bazasının azalmasına da kömək edəcək.