Muzdlu işçilərin əmək haqqı 12,9 % artıb

muzdlu-iscilerin-emek-haqqi-129--artib
13:15 - 13 Yanvar

2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat olub.

“Margin” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki,  hesabat dövründə  iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.