Neft bazarları 2000-ci ildən sonra ən sərt rüblərdən birini keçirə bilər

neft-bazarlari-2000-ci-ilden-sonra-en-sert-rublerden-birini-kecire-biler
11:16 - 23 Fevral

İnvestisiya bankı "Goldman Sachs"ın “OPEC +” istehsalının tələbi ödəyə bilmədiyi üçün görüşlərin sürətlənəcəyi və qiymətlərin qarşıdakı aylarda 70 dollara çatacağını açıqladıqdan sonra neftin qiyməti sürətlə artmağa davam edir.

“Margin” xəbər verir ki, neft bazarlarında müsbət sürət davam edir. Belə ki, "Brent" markalı neftin bir barelinin qiyməti gün ərizində maksimum 65,81 dollar səviyyəsinə çatıb.

Məlumata görə, neft bazarları 2000-ci ildən sonra ən sərt rüblərdən birini keçirə bilər. Həmçinin, Səudiyyə Ərəbistanı tərəfindən birtərəfli qaydada həyata keçirilən neft kəsintilərindən sonra neft qiyməti 20%-dən çox artıb.

Şaxtalı hava səbəbiylə ABŞ-ın cənubunda şist neft istehsalının bərpası donmuş borular və enerji təchizatı fasilələri ilə ləngiyəcək. Beləliklə, gündə 2 milyon bareldən çox xam neft hasilatının bərpası ən azı iki həftə çəkəcək.

Əlavə edək ki, "Goldman Sachs" 2021-ci ilin ikinci və üçüncü rübü üçün Brent markalı neftin qiymətinin 10 dollar artacağını proqnozlaşdırır.