Neft qiymətləri bahalaşıb

neft-qiymetleri-bahalasib
09:22 - 07 May

Neft qiymətləri Çində və ABŞ-da iqtisadi dirçəliş fonunda bahalaşıb. "Brent" markalı xam neftin iyul müqaviləsinin dəyəri 38 sent və ya 0,6% artaraq bir barel üçün 68,47 ABŞ dolları təşkil edib.

"Margin.az" xəbər verir ki, WTI markalı xam neftin iyun müqaviləsinin dəyəri 38 sent və ya 0,6% bahalaşaraq bir barelinin üçün 65,09 ABŞ dollarına yüksəlib.

Məlumata görə, dünyanın ikinci ən böyük iqtisadiyyatı Çində iqtisadi fəaliyyətin tamamilə bərpa olması neft qiymətlərinə müsbət təsir göstərib.