Neft qiymətləri son 24 saatda 1 dollardan çox bahalaşıb

neft-qiymetleri-son-24-saatda-1-dollardan-cox-bahalasib
09:14 - 23 Fevral

ABŞ-da baş verən hadisələr fonunda neft bazarında müsbət dinamika davam edir. 

"Margin.az" xəbər verir ki, neft qiymətləri son 24 saatda 1 dollardan çox bahalaşıb. Belə ki, investisiya banklarının proqnozları və ABŞ-ın şist neftlə bağlı açıqlamaları neftin qiymətini 66 dollara qədər bahalaşdırıb. "Brent" neftinin may fyuçerslərinin dəyəri gün ərizində 64,54 - 65,81 dolları arası ticarət edilib. Qiymət dinamikası güclü olduğundan yeni hədlərin vurula biləcəyi istisna edilmir.

WTI markalı neftin 1 barelinin qiyməti 1,57% artaraq 62,73 dollar təşkil edir.