Neft qiymətləri ucuzlaşıb

neft-qiymetleri-ucuzlasib
09:16 - 04 May

Hindistanda COVID-19 pandemiyasına yoluxma sayının kəskin artması fonunda neft qiymətləri ucuzlaşıb. "Brent" markalı xam neftin iyul müqaviləsinin dəyəri 0,16% azalaraq bir barel üçün 67,45 ABŞ dolları təşkil edib.

"Margin.az" xəbər verir ki, WTI markalı neftin iyun müqaviləsinin dəyəri 0,17% azalaraq bir barel üçün 64,38 ABŞ dolları təşkil edib.