Neft qiymətləri yenidən ucuzlaşıb

neft-qiymetleri-yeniden-ucuzlasib
19:03 - 06 May

"Fitch" beynəlxalq reytinq agentliyinin "Brent" markalı xam neftlə bağlı proqnozundan sonra neft qiymətləri ucuzlamağa başlayıb.

"Margin.az" xəbər verir ki, "Brent" markalı xam neftin iyul müqaviləsinin qiyməti bir barel üçün 68.43 ABŞ dolları təşkil edir. WTI markalı xam neftin iyun müqaviləsinin dəyəri isə 65.06 ABŞ dolları olub.

Əlavə edək ki, "Fitch" beynəlxalq reytinq agentliyi "Brent" markalı neftin qiymətinin bu ilin ikinci yarısında 50-60 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.