Neft qiymətlərindəki sabitlik pozulur

neft-qiymetlerindeki-sabitlik-pozulur
17:29 - 07 Aprel

ABŞ-ın neft ehtiyatlarının həcminə dair rəsmi açıqlaması ərəfəsində qiymətlər artmaqda davam edir.

“Margin.az” xəbər verir ki, “Brent” markalı neftin iyun fyüçerslərinin dəyəri gün ərzində 63,50 ABŞ dollarınadək bahalaşıb. “Brent”in dəyəri hazırda yenidən ucuzlaşmağa başlayıb.

Qərbi Texas Neftinin may müqavilələrinin dəyəri gün ərzində 60,04 ABŞ dollarınadək bahalaşıb. Hazırda isə WTI markalı neftinin bir barelinin qiyməti 59,15 ABŞ dollarınadək ucuzlaşıb. Lakin bu gün veriləcək qərar qiymtləri yenidən bahalaşdıra bilər.

Əlavə edək ki, neft qiymətləri haqda proqnozlar müsbətdir və bütün işarələr 60 dolların üzərini göstərir. Beynəlxalq Valyuta Fondunun "World Economic Outlook" aprel hesabatında neftin bir barelinin qiymətinin 58,52 ABŞ dollar olması gözləntisi qeyd edilib.