Neft şirkəti səhmlərini satıb

neft-sirketi-sehmlerini-satib
12:26 - 10 Aprel

Səudiyyə Ərəbistanı Dövlət Neft Şirkəti "Saudi Aramco" boru kəmərindəki səhmlərini 12,4 milyard dollar satıb.

"Margin.az" "Reuters"ə istinadən xəbər verir ki, "Saudi Aramco" boru kəməri hissələrinin 49%-i qlobal enerji sektorunun lider investoru olan "EIG Global Energy Partners"ə satıb. Məlumata görə, iki şirkət aprelin 9-da müqavilə imzalayıb. Bu, "Saudi Aramco"nun  iki il ərzində bağladığı ən böyük müqavilədir.

"EIG" "Saudi Aramco"nun xam neft boru kəməri şəbəkəsi olan 25 illik "Aramco Oil Piplines Co"nun 49%-ə sahib olub. Neft şirkəti boru kəmərlərinə nəzarəti isə davam etdirmək niyyətindədir. Razılaşma çərçivəsində, "Saudi Aramco" neftin boru kəmərləri ilə nəqlinə görə ödəniş alacaq və onunla birlikdə ortaq bir müəssisə yaradacaq. "Saudi Aramco" yeni şirkətin 51%-ə sahib olacaq.

Əlavə edək ki, 39 illik tarixi ərzində "EIG", altı qitədə 36 ölkədə 366 layihəyə investisiya yatırıb. "EIG" dünya miqyasında enerji infrastrukturu layihələrinə 34 milyard dollardan çox sərmayə qoyan ABŞ investisiya mərkəzidir.