"OPEC" ölkələrinin neft hasilatı may ayında artıb

opec--olkelerinin-neft-hasilati-may-ayinda-artib
18:28 - 10 İyun

"OPEC" (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin may ayında neft hasilatı gündəlik 390 min barel artaraq təxminən 25 milyon 460 min barelə çatıb.

"Margin.az" xəbər verir ki, bu barədə "OPEC"in hesabatında qeyd olunub.

Məlumata görə, bununla da "OPEC"in qlobal neft hasilatındakı payı may ayında 0,2% artaraq 27,2% olub. Bu dövrdə "OPEC" ölkələri arasında ən çox neft hasilatı 345 min barel ilə Səudiyyə Ərəbistanında, ən az isə 72 min barel ilə Nigeriyada müşahidə edilib.