"OPEC": "İƏİT ölkələrinin neftə olan tələbi 2.7 mln. barel artacaq"

opec-ieit-olkelerinin-nefte-olan-telebi-27-mln-barel-artacaq
18:05 - 10 İyun

"OPEC" (Neft İxrac Edən Ölkələr Təşkilatı) bu ilin birinci rübündə ABŞ, Avropa və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrin neft tələbinin gözləniləndən daha az olduğunu açıqlayıb.

"Margin.az" xəbər verir ki, bu barədə "OPEC"in hesabatında qeyd olunub.

Məlumata görə, COVID-19 pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlərin yumuşadılması, ABŞ və Avropada aprel ayında neftə tələbin nisbətən artması, iqtisadi fəaliyyətin bərpası və ölkələrin sərhədlərinin açılması fonunda neft tələbinin bu ilin ikinci yarısında artacağı proqnozlaşdırılır.

Bu səbəbdən bu il İƏİT ölkələrinin neft tələbinin gündəlik 2 milyon 700 min barel artacağı gözlənilir. Qlobal neft tələbinin bu il daha çox ABŞ hesabına olacağı gözlənilir. Lakin qlobal neft tələbi yenə də pandemiyadan əvvəlki səviyyəyə çatmayacaq.