"OPEC+" Monitorinq Komitəsi qeyri-rəsmi məsləhətləşmələr keçirəcək

opec-monitorinq-komitesi-qeyri-resmi-meslehetlesmeler-kecirecek
15:30 - 27 Noyabr

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri Abdel Aziz bin Salman noyabrın 28-də "OPEC+" Monitorinq Komitəsinin üzvləri ilə qeyri-rəsmi məsləhətləşmələr aparacaq.

"Margin" xəbər verir ki, bu barədə məlumatı OPEC-dəki iki mənbə bildirib.

Məlumata görə, bu, 30 noyabr – 1 dekabr tarixlərində keçiriləcək "OPEC+" nazirlərinin toplantısından əvvəl komitə üzvlərinin son danışıqları olacaq.

Qeyd olunur ki, "OPEC+" razılaşmasının iştirakçıları arasında hazırda tətbiq olunan hasilatın azaldılması (gündəlik 7,7 milyon barel) üzrə məhdudiyyətlərin vaxtının uzadılması barəsində konsensus hələ əldə edilməyib.

Apl ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barel, iyul-dekabrda 7,7 milyon barel, 2021-ci ildən 2022-ci ilin apl ayının sonuna qədər 5,8 milyon barel azaldılmasını nəzərdə tutub.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.