"OPEC" ölkələri mayda öhdəliklərini 125% yerinə yetirib

opec-olkeleri-mayda-ohdeliklerini-125-yerine-yetirib
17:30 - 10 İyun

"OPEC" ölkələri bu ilin may ayında gündəlik neft istehsalını aprel ayı ilə müqayisədə 0,39 milyon barel artaraq 25,46 milyon barelə çatıb.

"Margin.az" "OPEC"in hesabatına istinadən xəbər verir ki, "OPEC" ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) fonunda öhdəliklərini 125% yerinə yetirib. Səudiyyə Ərəbistanı, Venesuela və İran neft hasilatını artıranəsas ölkələr olub. Nigeriya ilə Anqola isə hasilatı azaldıb.

Məlumata görə, Səudiyyə Ərəbistanın may ayında neft hasilatı aprel ayı ilə müqayisədə gündəlik 345 min barel artıb. Venesuelada neft hasilatı gündəlik 45 min barel, İranda isə 42 min barel çoxalsa da Nigeriyada neft hasilatı gündəlik 72 min barel, Anqolada isə 60 min barel azalıb.