"OPEC+" razılaşması dekabr ayında 75% icra olunub

opec-razilasmasi-dekabr-ayinda-75-icra-olunub
17:05 - 13 Yanvar

"OPEC+"un neft hasilatının azaldılmasına dair razlaşmasından sonra neftin qiyməti ən aşağı səviyyəyə düşüb.

“Margin” “Reuters”ə istinadən xəbər verir ki bu haqda məlumat “Petro Logistics” şirkəti tərəfindən bildirib.Belə ki, OPEC+ razılaşması dekabr ayında 75% icra olunub.

Bu, OPEC +razılaşmasının qəbul edildiyi keçən ilin may ayından bəri müşahidə edilən ən aşağı səviyyədir. Bu vəziyyəty isə neftin qiymətinin daha da azalmasına səbəb ola bilər.

Əlavə edək ki, Azərbaycan öz öhdəliklərini tam həcmdə yerinə yetirib.

Xatırladaq ki, ötən il may ayından qüvvəyə minən razılaşmaya əsasən, iştirakçı ölkələr may-iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust-dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin apl ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər.