"OPEC"ə üzv olmayan ölkələrdə neft tədarükü 100 min barel artacaq

opece-uzv-olmayan-olkelerde-neft-tedaruku-100-min-barel-artacaq
16:40 - 10 İyun

"OPEC" qlobal neft tələbinin bu il gündəlik 6 milyon barel olacağını proqnozlaşdırır.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, qurum neft tələbi ilə bağlı proqnozunu dəyişməyib.

Məlumata görə, "OPEC" bu ilin ikinci yarısında qlobal neft tələbində sürətli artım gözləyir.Təşkilat bu il "OPEC"ə üzv olmayan ölkələrdən neft tədarükünün böyüməsi ilə bağlı proqnozunu 100 min barel artıraraq 0,8 milyon barelə yüksəldib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) neft ehtiyatları ötən ilin yaz aylarından bəri ilk dəfə bu ilin aprel ayında beş illik ortalamasının altına düşüb.