Pandemiya fonunda aviadaşımalar üzrə 2021-ci il üçün proqnoz mənfidir

pandemiya-fonunda-aviadasimalar-uzre-2021-ci-il-ucun-proqnoz-menfidir
10:52 - 20 Noyabr

"Moody's Investors Service" koronavirus pandemiyasının ikinci dalğasının gələcək aylarda sərnişinlərin hava nəqliyyatına tələbatı bir qədər də azaldacağından, gələn il aviadaşımalar üzrə mənfi proqnoz verib.

"Margin" xəbər verir ki, bu haqda məlumatı "Moody's Investors Service" bildirib.

Məlumata görə,pandemiyanın ilk 6 ayında sərnişinlərin hava nəqliyyatına tələbatı gözlənilən bədbin ssenaridən daha yaxşı olsa da, pandemiyanın ikinci dalğası tələbatı 2021-ci ildə yenidən gözləntilərdən aşağı salacaq. Bu il ümumi sərnişin trafikində azalmanın 65-75% olacağı gözlənilir.

Qeyd olunub ki, pandemiyadan əvvəl aviaşirkətlərin ortalama reytinqi "Ba1" səviyyəsində idisə, hazırda ortalama reytinq "Ba3"ə bərabərdir.

"Moody's" sözügedən sektorda bu il 124 milyard ABŞ dolları, 2021-ci ildə isə 155 milyard dollar səviyyəsində gəlir proqnozlaşdırır, halbuki 2019-cu ildə aviaşirkətlərin gəlirləri 315 milyard dollar olub.