Paşinyan Putinlə görüşə yeni təkliflə gedib

pasinyan-putinle-goruse-yeni-teklifle-gedib
17:57 - 07 Aprel

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putini Ermənistanda yeni atom elektrik stansiyası tikməyi təklif edib.

"Margin.az" xəbər verir ki, bu barədə Paşinyan Putin ilə görüşü zamanı açıqlayıb.

Baş nazir Paşinyan prezident Putinlə danışıqlar zamanı bildirib: "Ümid edirəm ki, bu gün strateji investisiyalarla əlaqəli bəzi məsələləri müzakirə edəcəyik. Sizinlə Ermənistan Respublikasında yeni bir atom elektrik stansiyası tikmək imkanlarını müzakirə etmək istəyirəm".

Bundan əlavə, Putin Ermənistan iqtisadiyyatına qoyulan kapital qoyuluşlarının 40%-nin Rusiyaya aid olduğunu bildirib.