Pensiyaçıların 40%-i pensiyanın orta aylıq məbləğinin 211-220 manat olduğu bölgələrdə yaşayır

pensiyacilarin-40-i-pensiyanin-orta-ayliq-mebleginin-211-220-manat-oldugu-bolgelerde-yasayir
10:03 - 01 May

Azərbaycanda bütün pensiyaçıların 10%-i pensiyanın orta məbləği təxminən 210 manat olan rayon və şəhərlərdə yaşayırlar.

“Margin.az” xəbər verir ki, pensiyaçıların 40%-i pensiyanın orta aylıq məbləğinin 211-220 manat, pensiyaçıların 21%-i pensiyanın orta məbləğinin 221-250 manat olduğu bölgələrdə yaşayır.

Ölkə üzrə bütün pensiyaçıların 29%-i isə pensiyaların orta məbləğinin 250 manatdan yüksək olduğu ərazidə yaşayır. Sonuncu bölgüyə isə  yalnız Bakı şəhəri daxildir.