Pensiyaların artım tempi rifahın artımı ilə uyğundurmu?

pensiyalarin-artim-tempi-rifahin-artimi-ile-uygundurmu
11:17 - 11 Yanvar

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib. Pensiya və təqaüdlərin artım tempi ilə əhalinin yaşayış səviyyəsinin uyğunluğuna baxmaq üçün bir sıra makroiqtisadi göstəricilərə ayrı-ayrılıqda, eləcə də müqayisəli şəkildə baxmaq lazımdır. Burada həmçinin minimum pensiya məbləğləri, onların yaşayış səviyyəsinə uyğunluğu da tam obyektiv olaraq üzə çıxır.

İllər

ÜDM

(milyon manat)

Əhalinin nominal gəlirləri

(milyon manat)

Nominal orta aylıq əmək haqqı

(milyon manat)

İnflyasiya göstəriciləri

İşləyən və işləməyən pensiyaçılara təyin olunmuş aylıq pensiyalarının orta məbləği

2014

59014.1

39360.7

444.3

1.4%

173.4

2015

54380

41738.6

464.4

4.0%

177.6

2016

60425.2

45395.1

498.6

12.4%

192.2

2017

70337.8

49162.9

528.2

12.9%

208.4

2018

79797.3

53688.6

544.1

2.3%

221.4

2019

81681

57035

634.8

2.6%

263.6

Noyabr 2020

64709.3

50173.1

704.5

2.8%

 

2014-cü il müqayisə üçün başlanğıc il olduğu üçün 2015-2020-ci ilə qədər (2020-ci ilin dekabr ayı statistik məlumatları çıxmadığı və pandemiya ilə əlaqədar göstəricilərdə kənarlaşmalar olduğu üçün daxil edilmir) olan müddət yuxarıdakı göstəricilərin artma/azalma templərinə nəzər salaq:

İllər

ÜDM

(milyon manat)

Əhalinin nominal gəlirləri

(milyon manat)

Nominal orta aylıq əmək haqqı

(milyon manat)

İnflyasiya göstəriciləri

İşləyən və işləməyən pensiyaçılara təyin olunmuş aylıq pensiyalarının orta məbləği

2015

-8.52%

5.70%

4.33%

4.0%

2.36%

2016

10.00%

8.05%

6.86%

12.4%

7.60%

2017

14.09%

7.66%

5.60%

12.9%

7.77%

2018

11.85%

8.43%

2.92%

2.3%

5.87%

2019

2.31%

5.87%

14.29%

2.6%

16.01%

Pensiyaların artımı təhlil olunarkən illik inflyasiya rəqəminə əsaslanmaq tam doğru və obyektiv yanaşma olmaz. Əvvəla, bütün dünyada inflyasiya göstəricisinin özünün hesablanması hazırda mübahisə və müzakirə mövzularından biridir. İkincisi, inflyasiyaya mənfi (yəni göstəricisini azaldan) bir neçə məhsul və xidmətlər vardır ki, pensiyaçılar onlardan istifadə etmir. Pensiyaçılar tərəfindən lüks məhsul və xidmətlərdən istifadə isə minimumdur.

Pensiyaçıların istifadə etdikləri bəzi əsas ərzaq məhsullarının 2015 və 2019-cu illərdəki qiymət artımlarına nəzər salaq:

Məhsulun adı

2015

2019

Nominal fərq

Faizlə

Uzun düyü

1.8

3.66

1.86

103.3%

Əla növ buğda çörəyi

0.61

0.82

0.21

34.4%

Qarışıq undan çörək

0.85

1.05

0.2

23.5%

Sümüklü mal əti (doğranmış)

7.3

10.24

2.94

40.3%

Sümüklü qoyun əti

9.15

11.23

2.08

22.7%

Toyuq əti

3.21

4.63

1.42

44.2%

Suda bişmiş kolbasa

6.15

9.58

3.43

55.8%

Hisə verilmiş, yarım hisə verilmiş kolbasa

7.03

11.29

4.26

60.6%

Sosiska, sardelka

5.96

9.24

3.28

55.0%

Farş

6.97

10.03

3.06

43.9%

Yoqurt

3.68

4.93

1.25

34.0%

Xama

5.27

7.11

1.84

34.9%

Kəsmik

5.55

8

2.45

44.1%

Toyuq yumurtası

1.13

1.44

0.31

27.4%

Kərə yağı

6.87

16.09

9.22

134.2%

Süfrə marqarini

2.5

4

1.5

60.0%

Zeytun yağı

6.58

12.43

5.85

88.9%

Günəbaxan yağı

2.25

2.87

0.62

27.6%

Qarğıdalı yağı

2.78

4.29

1.51

54.3%

Banan

2.65

2.47

-0.18

-6.8%

Alma

1.01

1.54

0.53

52.5%

Armud

2.05

2.61

0.56

27.3%

Xiyar

0.52

0.62

0.1

19.2%

İstixanalarda yetişdirilən xiyar

1.28

1.6

0.32

25.0%

Pomidor

0.72

0.81

0.09

12.5%

İstixanalarda yetişdirilən pomidor

1.64

2.15

0.51

31.1%

Badımсan

1.52

1.78

0.26

17.1%

Göy lobya

2.01

1.39

-0.62

-30.8%

Kartof

0.81

0.83

0.02

2.5%

Quru noxud

2.1

3.6

1.5

71.4%

Quru lobya

2.59

3.67

1.08

41.7%

Mərci

2.04

2.57

0.53

26.0%

Şəkər

1.39

1.81

0.42

30.2%

Şəkər tozu

0.95

1.12

0.17

17.9%

Rəsmi inflyasiya göstəricilərinə əsasən 2014-2019-cu illərin kumulyativ inflyasiya göstəricisi 44%-dir. Lakin, yuxarıdakı cədvəldə bir çox zəruri ərzaq məhsullarının qiymətlərinin daha yüksək artımını görürük. Göy lobya, banan kimi qiyməti düşən məhsullar 1-ci dərəcəli zəruri ərzaq məhsulları olmasa da orta aşağı qiymət göstəricilərinin formalaşmasında rol oynayır (bu ərzaq məhsulları obyektivlik naminə əlavə olunur). Cədvəldə kərə yağı, ət, ət məhsullarının yüksək qiymət artımları xüsusi diqqət çəkir. 2020-ci ilin sonuna statistik rəqəmlər Statistika Komitəsinin saytında hələlik yerləşdirilməyib. 2020-ci ilin inflyasiyası + 2021-ci ilin əvvəlində benzin, eləcə də dizel qiymətlərinin artması bu ildə qiymət artımı ehtimalını artırdığı üçün yuxarıdakı artımlar aşağı göstəricilər hesab oluna bilər.

 

İllər

İşləyən və işləməyən pensiyaçılara təyin olunmuş aylıq pensiyalarının orta məbləği (manatla)

İşləyən və işləməyən pensiyaçılara təyin olunmuş aylıq pensiyalarının orta məbləği (ABŞ dolları ilə)

2014

  173.40 ₼

 $ 221.03

2015

  177.60 ₼

 $ 169.14

2016

  192.20 ₼

 $ 113.06

2017

  208.40 ₼

 $ 122.59

2018

  221.40 ₼

 $ 130.24

2019

  263.60 ₼

 $ 155.06

Yuxarıdakı cədvəl isə pensiyaların dollara indeksasiya olunmadığını göstərir. Bu göstərici həm pensiyaçıların rifah səviyyəsi, həm digər dövlətlərin pensiyaçılarının orta pensiya məbləği ilə müqayisə, həm də ölkəyə ixrac olunan malların qiymətlərinin dolların kursundan asılılığı baxımından önəmlidir.

Makroiqtisadi göstəricilərlə (işləyən və işləməyən pensiyaçıların) orta pensiya məbləğinin müqayisəli artımını göstərən yuxarıdakı qrafik və işləyən və işləməyən pensiyaçıların saylarını göstərən aşağıdakı qrafik göstərir ki: 

  • Orta pensiya məbləğinə təsir göstərən əsas amillərdən biri də pensiyaçıların sayıdır. Pensiyaçıların sayı 2019-cu ilin sonuna 2014-cü ilə nisbətən azalıb. (2020-ci ildə pandemiyaya görə olan ödənişlər birdəfəlik və istisna daşıyan hal olduğu üçün nəzərə alınması subyektiv nəticələrə səbəb olar);
  • Pensiyaların artım tempi və inflyasiya göstəriciləri arasındakı fərq pensiya artımının inflyasiyaya nisbətən gecikmə effekti ilə olmasıdır. Pensiyaçılar burada zərərdə olan tərəfdir;
  • 2014-cü ilin sonuna nisbətən 2019-cu ilin sonuna orta pensiya məbləği 52% artıb. Lakin, bu orta göstəricidir. Xüsusilə dövlət qulluqçuları, polis və hərbçilərin yüksək təqaüdləri və təqaüdçülərin sayının azalması orta göstəricinin daha yuxarı olmasına səbəb olur;
  • Milli Məclisdə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub. Əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir. Məsələn, orta aylıq əmək haqqı il ərzində 10% artırsa, bütün kateqoriyalardan olan pensiyalar ən azı 10% artacaq. Xüsusilə minimum təqaüdlərin məbləğini nəzərə alsaq, indeksləşdirmədə səbət prinsipini tətbiq etmək daha doğru olardı. Bu səbətdə xüsusilə istehlak səbətinə daxil olan zəruri ərzaq məhsullarının qiymət artımlarını və dolların kursunu da nəzərə almaq daha doğru olardı. Pensiya artımı isə həmin artımların formul əsasında hesablanmış orta göstəricisinə uyğun həyata keçirilə bilər.
  • Yuxarıdakı cədvəl və göstəricilər həm də onu göstərir ki, pensiya artımı devalvasiya və yüksək inflyasiyalardan bir neçə ay deyil, bir neçə il sonra həyata keçirildi. Əlavə olaraq, artımlar məhz neft qiymətlərinin 60 dollar ətrafında olduğu 2018-2019-cu illərdə həyata keçirilmişdir ki, bu da pensiyaların neft qiymətlərinin təsirindən asılığını göstərir. Bu isə təhlükəli tendensiyaya çevrilər. Yuxarıda qeyd olunan bir çox məqamlar və xüsusilə bu maddə pensiyalarda daha əsnək yanaşmaları zəruri edir. Bu yanaşmaların ən mütərəqqisi isə pensiya fondlarının təşkilidir. Özəl pensiya fondları isə əhali üçün alternativ seçim imkanları yaradar.
  • Zəruri ərzaq məhsullarının qiymətlərinin artım tempi, devalvasiya (117%), ÜDM-nin neft qiymətlərindən, pensiyanın isə ÜDM artımından kəskin asılılığı, inflyasiya tempi, pensiya artımının qeyd olunan artımlara nisbətən illərlə gecikməsi (neft qiymətləri artmasa bu gecikmə daha çox müddət çəkər), nəhayət artan əlavə zəruri xərclər (yeni xidmət və məhsullar, dərmanların qiymətlərinin daha yüksək templə artımı, ictimai nəqliyyatda qiymət artımları və sair) minimum pensiya məbləğinin hazırki məbləği və artım tempini nəzərə alaraq gələcək məbləğlərinin aylıq minimum yaşayış üçün kifayət etməyəcəyi məsələsini getdikcə kəskinləşdirəcək.