Polşa Ukraynaya qaz ixracını kəskin artırıb

polsa-ukraynaya-qaz-ixracini-keskin-artirib
17:28 - 19 Noyabr

Polşa Ukraynaya qaz ixracını artırmağa davam edir.

"Margin" xəbər verir ki, bu barədə məlumatı Polşanın PGNIG neft-qaz konserninin İdarə Heyətinin sədrinin müavini Yaroslav Vrubel bildirib.

Yaroslav Vrubel bildirib ki ,Ukraynaya qaz ixracatında çox əhəmiyyətli bir artım qeydə alınıb.

Bundan əlavə, keçən il Polşa Ukraynaya 0,33 milyard kubmetr qaz tədarük edib, bu il isə bu göstərici 0,95 milyard kubmetrə çatacaq.

Qeyd edək ki, bundan əvvəl Polşa tərəfi Ukraynanın birləşdirici kəmərin tikəcəyi təqdirdə Polşanın Ukraynaya ildə 6 milyard kubmetr qaz verə biləcəyini bildirib.