Qadınların gəlirlərinin azalma riski kişilərlə müqayisədə 24% daha çoxdur

qadinlarin-gelirlerinin-azalma-riski-kisilerle-muqayisede-24-daha-coxdur
14:15 - 07 Mart

Pandemiyada qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur.

"Margin" xəbər verir ki, bu barədə məlumat BMT-nin baş katibi Antonio Quterreşin “Bərabərsizliyi dərinləşdirən böhran” adlı məqaləsində qeyd olunub.

Məqalədə bildirilir ki, onsuz da geniş yayılan genderlər arası maaş fərqi indi daha da artıb. Bu fərq  səhiyyə sektorunda da özünü büruzə verib.