Qarabağda investisiyalar üçün imtiyazların müəyyən edilməsinə dair təlimat verilib

qarabagda-investisiyalar-ucun-imtiyazlarin-mueyyen-edilmesine-dair-telimat-verilib
17:13 - 07 Mart

Bu ilin iki ayında bizim gəlirlərimizdə proqnozdan əlavə təqribən 200, ya 300 milyon artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır.

"Margin" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev cümə günü Yeni Azərbaycan Partiyasının VII qurultayında məlumat verib. Prezident bildirib ki, vergitutma bazası genişlənir, biznes kölgədən çıxır: "Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə, biz Qarabağda böyük bərpa işlərinə başlamışıq. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi - bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər.