"Qazprom" qaz hasilatını 14%-dək artırıb

qazprom-qaz-hasilatini-14-dek-artirib
14:15 - 04 May

Rusiyanın "Qazprom" neft-qaz şirkəti yanvar-aprel aylarında qaz hasilatını 13,7% artırıb.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.

Məlumata görə, yanvar-aprel aylarında "Qazprom" qaz hasilatını ötən ilin eyni dövrünə nisbətən 13,7%  (21,7 milyard kubmetr) artıraraq 179,9 milyard kubmetrə çatdırıb. Şirkətin ilin əvvəlindən bəri MDB xaricindəki ölkələrə qaz ixracı 28,3% (15,1 milyard kubmetr) artaraq 68,4 milyard kubmetrə çatıb.

Rusiyanın Türkiyəyə qaz ixracı bu dövrdə 143,7%, Almaniyaya 36,8%, İtaliyaya 11%, Fransaya 16,9%, Polşaya 20,6%, Rumıniyaya 139,8%, Serbiyaya 97,9%, Yunanıstana 34,8% artıb. "Qazprom" 4 ayda daxili bazara qaz tədarükünü 18% (17,9 milyard kubmetr) artırıb.

Bildirilib ki, şirkət bu il 496,9 milyard kubmetr qaz istehsal etməyi planlaşdırır.