Qlobal çip çatışmazlığı avtomobil sənayəsinə 60 milyard dollar ziyan vuracaq

qlobal-cip-catismazligi-avtomobil-senayesine-60-milyard-dollar-ziyan-vuracaq
17:37 - 10 Aprel

"General Motors" və "Ford" avtomobil istehsalçıları çip çatışmazlığı səbəbiylə avtomobil istehsalını kəskin azaldıblar.

"Margin.az" "ABC News"a istinadən xəbər verir ki, şirkətlərin çip ehtiyyatları azaldığı üçün istehsalı azaltmağa məcbur olublar. "General Motors" hazırda daha çox gəlir gətirən kamaz və mikroavtobus istehsalına yönəlib.

Çip çatışmazlığı artıqca texnologiya mağazalarında da vəziyyəti ağırlaşdırır. Artıq bir çox texnologiya mağazalarında məhsul seçimi azalıb.

Bundan əlavə, istehsal azaldığı üçün bazarlarda avtomobillərin qiyməti bahalaşmağa davam edir. Bəzi təxminlərə görə ilin birinci yarısında avtomobil sənayəsi 60 milyard dollar itirə bilər. Bu isə avtomobil sənayəsindəki ən böyük itkidir.

Çip çatışmazlığı "General Motors" və "Ford"la yanaşı "Nissan", "Stellantis", "Volkswagen" və "Honda" avtomoil istehsalçılarına da ciddi ziyan vurub. Çip çatışmazlığı səbəbəiylə təkcə Şimali Amerikada istehsal bu ilin ilk üç ayında 100 min avtomobil azalıb.