Dünya ölkələrinin dövlət borclarının ÜDM-ə nisbəti ötən il 97%-ə çatıb.
"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında açıqlanıb. Bildirilib ki, ölkələrin maliyyə proqramları ciddi iqtisadi azalmaların və işsizlik səviyyəsinin artmasının qarşısını alıb. Hesabatda büdcə kəsirlərinin ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələrdə 11,7%-ə, inkişaf etməkdə olan ölkələrdə 9,8%-ə və aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdə isə 5,5%-ə çatdığı qeyd edilib.
BVF açıqlayıb ki, bu il pandemiyanın yayılma sürəti azaldıqca, ölkələrin gəlirləri yenidən bərpa olacaq və işsizlik səviyyəsi azalacaq. Həmçinin, əksər ölkələrin maliyyə kəsirlərində azalma gözlənilir.