Qlobal ərzaq idxalı rekord səviyyəyə çatacaq

qlobal-erzaq-idxali-rekord-seviyyeye-catacaq
15:57 - 10 İyun

Qlobal ərzaq idxalı bu il 12% artaraq rekord səviyyəyə - 1.7 trilyon dollara çatacaq.

"Margin.az" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabatında qeyd edib.

Məlumata görə, COVID-19 böhranı dövründə əmtəə qiymətlərindəki artım və güclü tələb səbəbilə qlobal ərzaq idxalı bu il 12% artaraq 1 trilyon 715 milyard dollara qədər çatacağı gözlənilir. Bu göstərici, ötən il 1 trilyon 530 milyard dollar olub. Bildirilib ki, 2020-ci ilin sonundan bəri davam edən qiymət artımları az inkişaf etmiş ölkələr üçün risk yaradır.

Dünya ərzaq qiymətləri may ayında ardıcıl 12 ay artıb və 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.