Qlobal iqtisadiyyatın bərpası yavaşlaya bilər, risklər yüksəkdir

qlobal-iqtisadiyyatin-berpasi-yavaslaya-biler-riskler-yuksekdir
09:49 - 20 Noyabr

Qlobal iqtisadiyyatın bərpa prosesi yavaşlaya və risklər daha da yüksələ bilər.

"Margin" xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Valyuta Fondu verib.

Məlumata əsasən , qlobal iqtisadi aktivlik iyun ayından bəri artırsa da,bərpa prosesinin yavaşlama ehtimalı var. İqtisadi böhranın dərin və bənzərsiz izlər buraxması gözlənilir. Qeyri-müəyyənlik və risklər isə qeyri-adi dərəcədə yüksəkdir.

IMF hökumətləri və mərkəzi bankları dəstək paketlərini vaxtından əvvəl dayandırmamağa çağırıb.