Covid-19 pandemiyasının ikinci dalğası səbəbindən qlobal neft qiymətləri təzyiq altında qalmaqdadır.
"Margin" xəbər verir ki , bu haqda məlumatı Rusiya Mərkəzi Bankının hazırladığı maliyyə sabitliyi haqqında icmalda qeyd olunub.
İcmala əsasən, bu fonda "OPEC+" ölkələri 2021-ci il 1 yanvar tarixindən hasilatın planlaşdırılan artımını təxirə sala bilərlər.
İcmalda qeyd olunub ki , pandemiyanın yayılması şəraitində neft bazarındakı vəziyyət qeyri-müəyyən olaraq qalır və qlobal neft qiymətləri təzyiq altındadır.
Qeyd edək ki, apl ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barel, iyul-dekabrda 7,7 milyon barel, 2021-ci ildən 2022-ci ilin apl ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tutub.
Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.