Qlobal neft tədarükü artıb

qlobal-neft-tedaruku-artib
19:00 - 10 İyun

Qlobal neft tədarükü may ayında aprel ayı ilə müqayisədə 630 min barel artaraq təxminən 93 milyon 670 min barelə çatıb.

"Margin.az" xəbər verir ki, bu barədə "OPEC"in hesabatında qeyd olunub.

Məlumata görə, may ayında dünyada qazma qurğuların sayı əvvəlki aya nisbətən 74 ədəd artaraq 1370 olub. Qazma qurğuların 360-ı isə "OPEC"ə üzv ölkələrdədir.