Qlobal onlayn satışlar kəskin artıb

qlobal-onlayn-satislar-keskin-artib
13:34 - 03 May

Qlobal onlayn satışların ümumi pərakəndə satışlarındakı payı ötən il 19%-a yüksəlib.

"Margin.az" xəbər verir ki, bu barədə BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında qeyd olunub.

Məlumata görə, qlobal e-ticarətin ümumi pərakəndə satışındakı payı ötən il COVID-19 pandemiyası fonunda artaraq 19%-a çatıb. Bu göstərici 2019-cu ildə 16% təşkil edib. Cənubi Koreyada onlayn ticarətin payı ötən il 20,8%-dən 25,9%-a, Çində 20,7%-dən 24,9%-a, İngiltərədə 15,8%-dən 23%-ə yüksəlib.

Qlobal onlayn satışlarda birinci yeri Çinin "Alibaba" şirkəti, ikinci yeri isə "Amazon" tutub.