Qlobal ÜDM-in bu il 4,3% azalacağı, gələn il isə 4,1% artacağı proqnozlaşdırılır

qlobal-udm-in-bu-il-43-azalacagi-gelen-il-ise-41-artacagi-proqnozlasdirilir
13:03 - 20 Noyabr

Covid-19 pandemiyası səbəbindən bu il qlobal iqtisadi tənəzzül ötən ilə nisbətən təxminən 4,3% olacaq, lakin 2021-ci ildə dünya iqtisadiyyatının 4,1% artması gözlənilir.

"Margin" xəbər verir ki, bu proqnoz BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında verilib.

Hesabatda qeyd olunub ki , UNCTAD 2020-ci ildə qlobal ÜDM istehsalında təxminən 4,3% azalma gözləyir : "Artıq milyonlarla iş yeri bağlanıb və böhran davam edərsə, əlavə 130 milyon insan yoxsulluqla qarşılaşacaq. 2021-ci ildə isə dünyada ÜDM istehsalının artımı 4,1% olacağı proqnozlaşdırılır. Eyni zamanda, sənayeləşmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə nisbətən (5,7%) daha zəif iqtisadi bərpa nisbətlərinə (böyümə 3,1%) sahib olacağı gözlənilir".

UNCTAD mütəxəssislərinin fikrincə, mövcud böhran yeni, daha dayanıqlı istehsal şəbəkələri üçün katalizator rolunu oynaya bilər ki, bu da istehsalata bir qədər də yaşıllaşmağa imkan verə bilər.