Qlobal valyuta ehtiyatlarında dollar 25 illin minimuma enib

qlobal-valyuta-ehtiyatlarinda-dollar-25-illin-minimuma-enib
11:15 - 07 May

Dünyanın 149 ölkəsinin mərkəzi banklarının ABŞ dolları ehtiyatları ötən il 59%-a düşüb. Bu göstərici son 25 ilin ən aşağı səviyyəsidir.

"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlayıb.

Məlumata görə, dünyanın 149 mərkəzi bank 12,701 trln. ABŞ dolları ekvivalentində valyuta ehtiyatları yığıblar. Bu göstərici ötən il 7,4% artıb. Mərkəzi bankların valyuta ehtiyatlarının 59,02%-i dollarda, 21,24%-i avroda, 6,03%-i Yaponiya yenində, 4,69%-i funt sterlinqdə, 6,32%-i isə digər valyutalarda olub.

Bəzi analitiklər bunun mərkəzi bankların beynəlxalq əməliyyatlar üçün istifadə etdiyi digər valyutaların rəqabəti qarşısında ABŞ dollarının rolunun azalmasını əks etdirdiyini bildirirlər. Mərkəzi bankların ABŞ dolları ehtiyatları 1999-cu ildə 71% təşkil edib. Hesabata görə Avstraliya dolları, Kanada dolları da daxil olmaqla digər valyutaların payı ötən ilin dördüncü rübündə 9%-a yüksəlib. Bununla da valyuta məzənnəsindəki dəyişikliklər mərkəzi bankın ehtiyat portfellərinin valyuta tərkibinə böyük təsir göstərə bilər.