"Rosatom" enerji saxlama sistemləri istehsal edən şirkətin səhmlərinin 49%-ni alıb

rosatom-enerji-saxlama-sistemleri-istehsal-eden-sirketin-sehmlerinin-49-ni-alib
18:25 - 06 Mart

"Rosatom" ityum ion batareyaları və enerji saxlama sistemləri üçün Cənubi Koreyanın "Enertech International Inc." şirkətinin 49%-i satın alıb.

"Margin" "Bloomberg"ə istinadən xəbər verir ki, Rusiya şirkəti batareya hüceyrələri və enerji saxlama sistemləri istehsal edən Cənubi Koreya şirkətinin hissələrini alıb.

Razılaşmada Rusiyada 2030-cu ilədək lityum ion batareyaları və enerji saxlama sistemlərinin istehsalı nəzərdə tutulub. İstehsalın ilk mərhələsinin 2025-ci ildə başlaması planlaşdırılır. Rusiya şirkətinin lityum-ion batareyaları elektrik nəqliyyat vasitələrində, xüsusi avadanlıqlarda və elektrik şəbəkəsi kompleksində istifadə ediləcəkdir. Bu yeni texnologiyalar yüksək texnoloji məhsullar yaratmağa imkan verir.

Bildirilib ki, bu tərəfdaşlıq "Rosatom" şirkətinin enerji yığma seqmentində inkişafı üçün strateji əhəmiyyətli bir mərhələdir. Bu, şirkətin istehsal gücünü artıracaq, lityum-ion batareyalar sahəsindəki inkişafları isə əhəmiyyətli dərəcədə artıracaq və xarici bazarlara çıxış imkanı yaradacaqdır.