Rusiya avtomobillərini Azərbaycanda satan şirkətə yeni sədr seçiləcək

rusiya-avtomobillerini-azerbaycanda-satan-sirkete-yeni-sedr-secilecek
09:30 - 06 Aprel

Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğul olan “Xəzər-Lada”nın səhmdarlarının növbəti ümumi yığıncağı mayın 20-də, saat 12:00-da keçiriləcək.

"Margin.az" xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, Təftiş Komisiyasının aktının müzakirə olunması, qurumun İdarə Heyətinin yeni sədrinin seçilməsi, səhmdarlara dividend ödənilməsi, mükafatlandırma və kənar auditorun seçilməsi məsələsi daxildir.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur.