Rusiya əhalisi 2025-ci ilədək 1,234 milyon nəfər azala bilər

rusiya-ehalisi-2025-ci-iledek-1234-milyon-nefer-azala-biler
11:23 - 16 Oktyabr

2025-ci ilə kimi Rusiya Respublikasının əhalisi 1,234 mln. nəfər azala bilər.

"Margin" xəbər verir ki, bu barədə məlumat 2030-cu ilədək milli hədəflərə çatmaq üçün hökumətin hazırladığı vahid planda qeyd olunub.

Yenilənən plana görə, 2020-ci ildə Rusiya əhalisi 352,5 min nəfər, 2021-ci ildə 290 min nəfər, 2022-ci ildə 238 min nəfər, 2023-cü ildə 189 min nəfər, 2024-cü ildə isə 165 min nəfər azalacağı proqnozlaşdırılır.

Bildirilir ki, Rusiya əhalisi yaxın gələcəkdə "obyektiv trendlər səbəbindən" azalacaq. Həmçinin, 2030-cu ilədək bu tendensiyanın bərpa, ölüm hallarını azaldılması, yüksək keyfiyyətli miqrasiya artımı ilə rusiyalıların sayında artımın təmin edilməsi planlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Rusiya əhalisinin sayı 146 748 590 nəfər təşkil edib. Əhali sayına görə Rusiya dünyada 9-cu yerdədir.