Rusiya ilə Türkiyə arasında uçuşlar müvəqqəti olaraq dayandırıla bilər

rusiya-ile-turkiye-arasinda-ucuslar-muveqqeti-olaraq-dayandirila-biler
11:51 - 10 Aprel

COVID-19 pandemiyasının sürətlə yayılmasına görə aprelin 12-dən etibarən Rusiya ilə Türkiyə arasında uçuşlar müvəqqəti olaraq bir ay məhdudlaşdırıla bilər.

"Margin.az" xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Nəqliyyat Nazirliyindəki mənbələrə istinadən xəbər verir.

Məlumata görə, məhdudlaşdırıcı tədbirlər aprelin 12-dən etibarən qüvvəyə minə bilər. Eyni zamanda, yük uçuşlarının da bir hissəsinin dayandırılacağı ehtimal olunur.

Əlavə edək ki, Türkiyədə aprelin 8-də koronavirusa yoluxanların sayı maksimum səviyyəyə- 55 minə çatıb.