Rusiya qazının Ukrayna ərazisindən tranziti son 30 ilin aşağı səviyyəsinə enib

rusiya-qazinin-ukrayna-erazisinden-tranziti-son-30-ilin-asagi-seviyyesine-enib
18:29 - 13 Yanvar

2020-ci ildə Rusiyadan Ukrayna ərazisindən keçən tranzit qazın həcmi 2019-cu illə mqayisədə 38% azalaraq 55,8 milyard kubmetr təşkil edib.

"Margin" "Ria Novostiy"ə istinadən xəbər verir ki, bu haqda məlumatı "Operator QTS Ukrainı" şirkətinin rəhbəri Sergey Makoqon bildirib.

Onun sözlərinə görə, 146 milyard kubmetr tranzit qaz ötürmə sisteminin layihə gücü nəzərə alınmaqla, bu QTS-in üçdə birindən az hissəsi deməkdir. Belə ki bu göstərici son 30 ildə qeydə alınan ən aşağı göstəricidir.

Bundan əlavə, "Türk axını"nın istifadəsi səbəbindən Kiyev Macarıstan, Serbiya və Xorvatiya üçün nəzərdə tutulan qazı da itirə bilər. Bu isə, Ukraynanı daha 15 milyard kubmetr tranzitdən məhrum edəcək.

Əlavə edək ki, Moskva və Kiyev 2019-cu il dekabrın sonunda Ukrayna ərazisindən keçən qaz tranzitinin davam etdirilməsinə dair beş illik tranzit müqaviləsi də daxil olmaqla bir sıra müqavilələr imzaladılar.