Rusiyada ərzaq məhsulları Aİ ilə müqayisədə üç dəfə tez bahalaşır

rusiyada-erzaq-mehsullari-ai-ile-muqayisede-uc-defe-tez-bahalasir
16:08 - 27 Noyabr

Rusiyada ərzaq qiymətləri yanvar-oktyabr aylarında 4,1%, Avropa İttifaqında (Aİ) isə 1,4% artıb.

"Margin" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Dövlət Statistika Xidməti (Rosstat) bildirib.

Məlumata əsasən, oktyabr ayında Rusiyada ərzaq qiymətləri 0,8%, Aİ-də 0,3% bahalaşıb.

Rusiyada qiymətlərdə ən böyük artım şəkər, cem, bal, şokolad və şirniyyat (+11,8%) məhsullarında qeydə alınıb, Aİ-də isə bu məhsullar 0,9% bahalaşıb. Rusiyada meyvələr ilin əvvəlindən bəri 10,8%, Aİ-də 8,4% bahalaşıb.

Bundan başqa, Rusiyada çörək məhsullarının, dənli bitkilərin, yağ və piylərin qiyməti 6,8% artıb, Aİ-də isə un məmulatları və dənli bitkilərin qiyməti 0,9%, yağ və piylərin qiyməti 0,6% azalıb.

Balıq və dəniz məhsulları Rusiyada 3,5%, Aİ-də isə 0,9% bahalaşıb. Ət və ət məhsullarının qiyməti Rusiyada 2,1%, Aİ-də 1,6% artıb.

Eyni zamanda, Rusiyada süd məhsulları, pendir və yumurta 2%, Aİ-də 0,6% bahalaşıb. Tərəvəz isə Rusiyada yanvar-oktyabr aylarında 5,2%, Aİ-də 1,3% ucuzlaşıb.