Rusiyanın buğda ixracı proqnozu artırılıb

rusiyanin-bugda-ixraci-proqnozu-artirilib
13:07 - 10 Aprel

ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2020-2021-ci kənd təsərrüfatı ilində (1 iyul 2020 - 30 iyun 2021) Rusiyanın buğda ixracı proqnozunu 0,5 milyon ton artıraraq 39,5 milyon tona çatdırıb.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin saytında yayımlanan mart icmalında qeyd edilib.

Rusiya Federasiyasında buğda yığımı bu il dəyişməyərək 85,35 milyon ton təşkil edir. Ölkənin 2019-2020 kənd təsərrüfatı ilində taxıl ixracı isə 41,7 milyon ton təşkil edib.