Rusiyanın neft ixracı 17,2% azalıb

rusiyanin-neft-ixraci-172-azalib
10:22 - 04 May

Rusiyanın neft ixracı yanvar-aprel aylarında 17,2% azalaraq 71,6 milyon tona düşüb.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Dispetçer İdarəsi açıqlayıb.

Məlumata görə, aprel ayında xam neft ixracı 16,4% azalaraq 18,64 milyon tona çatıb. Rusiya "OPEC +"un neft hasilatının azaldılması müqaviləsində iştirak edir və buna görə də digər ölkələrə tədarükü azalıb. 

Ölkənin MDB xaricindəki ölkələrə neft ixracı dörd ayda 20,5% azalaraq 66,65 milyon tona, aprel ayında 16,8% azalaraq 17,3 milyon tona düşüb. Rusiya neftinin MDB ölkələrinə ixracı isə hesabat dövründə iki dəfə artaraq 4,92 milyon tona çatıb. Bu göstərici ötən ay 10,4% azalaraq 1,32 milyon tona düşüb.