Rusiyaya turist axınının bu ilin sonuna kimi ciddi azalması gözlənilir

rusiyaya-turist-axininin-bu-ilin-sonuna-kimi-ciddi-azalmasi-gozlenilir
16:16 - 28 Oktyabr

Rusiya Respublikasına ümumi turist axınının ilin sonuna kimi 40-50 % azalması gözlənilir.

“Margin” xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Turizm Agentliyinin rəhbəri Zarina Doguzova bildirib.

Doğuzova qeyd edib ki, 2020-ci ildə xarici turist trafiki isə təxminən 80% azalacaq.

Həmçinin bildirilib ki, hazırda ölkədə işgüzar səfərlərin sayı turizm məqsədli səfərlərə nisbətən daha yüksəkdir və şəhərlərdəki otellər kurort ərazilərində yerləşən otellərə nisbətən daha yaxşı vəziyyətidir .