“S & P”: “Pasha Insurance” bu il sabitliyi saxlayacaq"

s--p-pasha-insurance-bu-il-sabitliyi-saxlayacaq
14:10 - 28 Oktyabr

"Standard & Poor Global Rating" beynəlxalq agentliyi "Pasha İnsurance" ASC sığorta şirkətinin uzunmüddətli maliyyə dayanıqlığı və uzunmüddətli kredit reytinqlərini  "BB+"-dən "BB"-dək azaldıb.

“Margin” xəbər verir ki , bu barədə məlumatı “Standard & Poor Global Rating” beynəlxalq agentliyinin hesabatında bildirilir. Agentlik , reytinqlərə dair “sabit” proqnoz verib. Agentliyin qənaətincə, “Pasha İnsurance”-ın reytinqlərinin azalması gözləniləndən artıq dividend ödəmələri nəticəsində, qarşıdakı iki il ərzində şirkətin dəyəri və maliyyə risqləri təzyiq altında olacaq. Həmçinin, makroiqtisadi şərtlərin gərginləşməsi səbəbindən də şirkətin aktivlərinin keyfiyyətinə əlavə təzyiq ola biləcəyi qeyd olunur:

“Əvvəlki ehtimalımıza görə 2020-2022-ci illər ərzində şirkətin dividendləri xalis mənfəətin 50 %-ə yaxın olacaqdısa, 2020-ci ildə dividend ödənişlərinin əmsalı xalis mənfəətin 100%-i qədər oldu. Ödənişlərin 2021-ci ildə də həmin səviyyədə olacağı, 2022-ci ildə isə 80 %-ə enəcəyi gözlənilir”.

Bununla yanaşı “S&P Global Rating” Azərbaycan ÜDM-nin artım sürətinə dair proqnozunu da yeniləyərək həmin göstəricinin cari ildə 6,9% azalacağını, gələn ildə isə 3 %-dək artacağını güman edir:

“Covid-19 pandemiyası və neftin ucuzlaşması üzündən artım perspektivi üçün yaranan risqlər hərbi gərginliyin artması ilə daha da güclənə bilər”

Onların fikrincə, müştəriləri daha çox SOCAR da daxil olmaqla ölkənin ən böyük maliyyə təşkilatlarından ibarət olduğu “Pasha İnsurance” şirkətinin brutto sığorta mükafatı cari ildə sabit qalmaqla 2021-2022-ci illərdə iqtisadiyyatda sabitləşmə ilə 5-dək artacaq: “Azərbaycanın qeyri-həyat sığortası bazarında “Pasha İnsurance”ın brutto sığorta mükafatına görə payı 2020-ci ilin birinci yarısında 41%-ə çatıb. Şirkətin bu bazardakı lider mövqeyini, habelə hazırkı maliyyə dəyərini bundan sonra da qoruyub saxlayacağını gözləyirik”.

Həmçinin “sabit” proqnozu şirkətin həm kredit, həm də sərmayə sahələrində müsbət nəticələr sayəsində qarşıdakı 12 ay ərzində də yüksək əməliyyat göstəricilərinə nail olacağı ehtimalını ehtiva edir.