"Saudi Aramco"nun xalis mənfəəti 30% artıb

saudi-aramconun-xalis-menfeeti-30-artib
12:20 - 04 May

"Saudi Aramco" neft şirkətinin bu ilin birinci rübündəxalis mənfəəti illik müqayisədə 30% artaraq 21,7 milyard ABŞ dolları təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.

Məlumata görə, şirkətin xalis mənfəətinin artmasına səbəb neft qiymətlərinin bahalaşmasının hasilatdakı azalmanı əvəzləməsi olub. "Saudi Aramco"nun cari əməliyyatlar üzrə pul axını 18% artaraq 26,5 milyard ABŞ dollarına, sərbəst pul axını isə 21,7% artaraq 18,3 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə neft şirkətinin kapital xərcləri 2020-ci ilin birinci rübünə nisbətən 10,8% artaraq 8,2 milyard ABŞ dolları olub.

Saudi Aramco-nun bu ilin birinci rübündə karbohidrogen istehsalı gündəlik 8,6 milyon barel (2020-ci ilin birinci rübündə gündəlik 9,8 milyon barel) olmaqla 11,5 milyon boe təşkil edib.