Səudiyyə Ərəbistanının 2 böyük bankı birləşir

seudiyye-erebistaninin-2-boyuk-banki-birlesir
12:22 - 12 Oktyabr

Səudiyyə Ərəbistanının ən böyük iki bankı birləşəcək.Belə ki,Səudiyyə Ərəbistanının “National Commercial Bank” rəqibi “Samba Financial Group”-u almaq üçün razılaşıb.

“Margin ” xəbər verir ki, razılaşma əldə olunsa, bu, 2020-ci ilin ən böyük bank birləşməsi hesab olunacaq.

“National Commercial Bank”-ı “Samba”-ın səhmi üçün ümumilikdə isə 55,7 milyard rial (təxminən 14,8 milyard dollar) ödəyəcək. Yeni yaranacaq bankın əsas səhmdarı 27,2% payla Krallığın Sərvət Fondu olacaq.

Həmçinin, 220 milyard dollarlıq yeni bankın Körfəz bölgəsinin 3-cü ən böyük bankı olacağı bildirilib.