İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei nüvə proqramından geri çəkilməyəcəklərini və uranı 60% zənginləşdirəcəklərini açıqlayıb.
"Margin" xəbər verir ki, Əli Xamenei nüvə anlaşması, ABŞ sanksiyaları və uranın zənginləşdirilməsi proqramı ilə bağlı qiymətləndirmələr aparıb. Əli Xamenein İranın nüvə potensialını lazım olduqda artıracağını açıqlayıb:
“İran Uranı zənginləşdirməkdə 20% səviyyəsində qalmayacaq. Belə ki, Uranın 60% artırılması nəzərdə tutulub. Biz nüvə məsələsində geri çəkilməyəcəyik. Qərb ölkələrinin nüvə silahları barəsində narahatlıqları sadəcə bir bəhanədir. Onlar normal silahlarımızın olmasına qarşıdır "